F-1.az xatırladır ki, Hülkenberqlə Rəykkönen yarışın sonunda 6-cı yer uğrunda mübarizə apararkən, almaniyalı sürücü yerində fırlanmışdı.
Niko Hülkenberq: “Çox güc sərf etmədim. Şərtlər daha yaxşı olsaydı, daha yaxşı nəticə qazana bilərdim.
Mən daxili trayektoriyada idim və əlimdən gəldiyi qədər sərt müdafiə olunmağa çalışdım. Amma birdən üstümə sürdü və ondan sonra bolidi saxlamaq mümkün deyildi. Buna görə də yerimdə fırlandım.
Ən azından Meksikada 4-cü yerdəki mövqeyimizi bir az da möhkəmləndirdik”.
Xatırladaq ki, Meksika yarışından sonra Force İndia ilə Williams arasındakı fərq 9 xala yüksəlib…