N.Hülkenberq yarış tempindən razı qalıb

Əvvəlki yarışlarda komandası Renault-nun yarış tempindən narazı olan Niko Hülkenberq Rusiya Qran Prisindən sonra bolidindən razı qalıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü yarışa 8-ci yerdən başlamış, amma startı pis alsa da, daha sonra tempini yüksəldərək yarışı 8-ci yerdə bitirmişdi.

Niko Hülkenberq: “Xüsusən də, strategiyaya tərif yağdırmalıyam. Bu gün komanda körpüsü əla iş gördü. UltraSoft təkərlərlə trasda bu qədər çox qalmağı gözləmirdim, amma təkərlərə yaxşı nəzarət etdim və bu, mənə imkan yaratdı ki, yarışboyu sürətli olum. Pis start alsam da, yaxşı templə yarışı 8-ci yerdə bitirdim. Doğru yoldayıq və indi növbədə Barselona var. Orada güclü yeniliklər edərək, rəqabətədavamlı ola bilərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*