N.Hülkenberq: “Xəyal qurmaq olmaz”

Renault komandasının yeni sürücüsü Niko Hülkenberq bildirib ki, yeni komandası ilə çıxacağı ilk yarış onun üçün xüsusi olacaq.

F-1.az xatırladır ki, Niko Hülkenberq 2016-cı ildə Force İndia komandasının mühəndislər kubokunda 4-cü yer tutmasında mühüm rol oynamışdı. Almaniyalı sürücü 2016-cı ilin sonunda Force İndia komandasından ayrılaraq, Renault-ya transfer olunmuşdu.

Niko Hülkenberq: “Bu cür böyük komandada çıxış etdiyim üçün xoşbəxtəm. Hazırda görməli çox iş var və biz bunlar üçün hazırıq. 2017-ci il bütün komandalar üçün yeni macəra olacaq. Biz də bu bu macəranın gözəl bir hissəsi olmaq istəyirik. Amma xəyal qurmaq olmaz. Bu il yarışlar qazana bilməyəcəyik. Amma hər yarış xal qazanmaq istəyirik. Məncə, bunu bacara bilərik. İlk yarışım xüsusi olacaq. Mövsümün əvvəlində çətinlik çəkə bilərik, amma daha sonra reqlamenti anladıqdan sonra stabil nəticələr qazana bilərik. Hazırda harada olduğumuzu demək çərtindir. Amma nə olursa-olsun işləməyə davam edəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*