F-1.az xatırladır ki, almaniyalı sürücü son 2 yarışda xalsız qalıb və Britaniyada bu uğursuz seriyaya son qoymaq istəyir.
Niko Hülkenberq: “Silverstoun sürətli döngələrə sahib olan traslardandır. Məqqots, Bekkets, Cəpel çox həyəcanverici döngələrdir. Eyni zamanda yüksək yüklənməyə qarşı hazırlıqlı olmalıyıq. Burada xal almaq şansımız var. Burada fanların dəstəyini həmişə görmüşəm. Yarışa çox yaxşı təsir edirlər və onarla bir yerdə özümü güclü hiss edirəm. Ümid edirəm ki, bizim üçün yaxşı həftəsonu olar və gözəl xallar toplayarıq”.