F-1.az xatırladır ki, Hülkenberq finişə qədər Okonu yaxından izləsə də, onu keçə bilməyib və Renault komandasındakı debütündə xalsız qalıb.
Niko Hülkenberq: “Xala çox yaxın idim, amma sonda Okona hücum edə bilmədim və 11-ci oldum. İlk dövrə pis keçsə də, gözəl performans göstərdik. Mövsümə xalla başlamaq komandanın motivasiyasına müsbət təsir edəcəkdi, amma yarışın müsbət tərəflərinə fokuslanıb, sonrakı yarışda şansımızı təkrar sınamalıyıq. Yarış ərzində trafikə düşdüyümüz üçün strategiyamızı dəyişdirdik, amma bu dəfə də Force İndia-nın arxasında ilişib qaldıq. Növbəti yarışlarda uğur qazana bilərik. Xal ala bilməsək də, əla başlanğıc etdik və bunu xallar qazanaraq davam etdirmək istəyirik”.