F-1.az xatırladır ki, Renault keçən il Vassyörü komanda rəhbəri vəzifəsinə təyin etmiş, amma fransalı mütəxəssis komanda daxilindəki fikir ayrılıqlarına görə bir neçə gün əvvəl komandadan ayrılmışdı.
Eyni zamanda ART komandasının da sahibi olan Vassyör Hülkenberqin Formula3-dəki və GP2-dəki yüksəlişində böyük rol oynamışdı və Force İndia-dan Renault-ya transferində əsas fiqurlardan biri olmuşdu. Vassyör bildirib ki, Hülkenberqə ayrılıq qərarını açıqlayanda, almaniyalının reaksiyası yaxşı olmayıb: “Nikoya yaxınam və onun Renault-ya gəlməsində əməyim böyük olub. Amma yola gedə bilmədiyimiz üçün ayrılmağım ən yaxşı qərar deyildi.
Niko ilə qərarım barədə danışdıq. Məni dəstəklədi. Qərarımı qəbul edə bilmədi, amma dəstəklədi. Komandada əlindən gələnin ən yaxşısını edəcək. Buna görə də onu komandaya gətirdim.
Komanda yenidən quruldu və bir liderin olması mənim üçün vacib idi. Nə olursa-olsun, Niko komandanın lideri olacaq və komandanın inkişafına kömək edəcək. Bu komandanın uğurunda vacib faktor olacaq.
O son 10 ildə aşağı kateqoriyalarda gördüyüm ən istedadlı sürücülərdən biri idi. Sadəcə 3 sürücü GP2-dəki ilk mövsümündə çempion olub – Niko Rosberq, Lyuis Həmilton və Niko Hülkenberq. Niko Dünya Çempionu ola biləcək nadir sürücülərdəndir”.