N.Hülkenberq: Üzüm gülür

Racing Point komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, nəhayət ki, üzü gülür.

F-1.az xatırladır ki, almaniyalı sürücü koronavirusa yoluxmuş Peresi əvəz edib və komandadakı ikinci Qran Prisinin sıralanma turunda üçüncü olub.

Niko Hülkenberq: “Son yeddi gün çox dəlisov oldu. Keçən həftə qayıtmaq gözəl idi, amma bazar günü işlər korlandı. Bu həftə isə özümü yaxşı hiss edirdim.

Sıralanma turu asan keçmədi. İkinci sessiyada hər şeyi korladım və bolidin zədələndiyini düşündüm, amma hər şey qaydasında idi. Sözün düzü, üçüncü olmaq məni təəccübləndirdi və indi üzüm gülür. Sabah yarışda diqqətli olmalıyam. Bu bolidi az tanısam da, sabah əlimdən gələni edəcəm. Bolidi layiq olduğu yerdə finişə gətirməyə çalışacam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*