N.Hülkenberq: Tək alman olmaq təzyiq yaratmır

Haas komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, peletonda tək almaniyalı sürücü olmaq onu təzyiq altında saxlamır.

F-1.az xatırladır ki, Haas komandası Mik Şumaxerlə yollarını ayırıb. Fettel isə təqaüdə çıxıb. Lakin Haas daha təcrübəli Hülkenberiq gətirib və o, bu il almaniyanı təmsil edən yeganə sürücü olacaq. Beləliklə, almanların 1982-ci ildən bəri Formula1-dəki ənənəsi Hülkenberqlə davam edəcək.

Niko Hülkenberq: “Məncə, uğur dalğa-dalğa gəlir. Məsələn, Fransa kimi ölkədə uzun müddət heç nə olmadı, amma daha sonra Qrojan, Qasli və Okon gəldi. Yəni bu sensasiya deyil.

Almaniyanın Şumaxer, Rosberq, Fettel kimi sürücüləri, Mercedes kimi komandaları var. Yəni uzun illərdir ki, Formula1-də aktiv formada iştirak edirik. Buna görə şanslıdırlar. Mercedes oradadır və buna görə üzərimdə təzyiq hiss etmirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*