N.Hülkenberq: Sükan arxasına qayıtdığım üçün şadam

Testlərin ilk günü Haas üçün problemsiz ötüşməsə də, komanda ümumilikdə 108 dövrə vura bilib.

F-1.az xəbər verir ki, ötən mövsümün sonunda komandaya qoşularaq yenidən F1-ə qayıdan Niko 51 dövrə vurub ki, bu da bir tam yarış məsafəsinə yaxındır.

Niko Hülkenberq: “Geri qayıtmaqdan çox məmnunam! Son günlər maraqlı oldu, amma şadam ki, indi nəzəriyyəni bir kənara qoya və təcrübəyə başlaya bilərəm. Sükanın arxasına keçərək maşını mənimsədim.

Zövq aldım! 51 dövrə vurmaq yaxşıdır. Bu, sürmək istədiyimizdənbir qədər azdır, amma hələ ilk gün idi. Əsas odur ki, bir şeydən başlamaq və sonra maşınla işləməyi, parametrləri tənzimləməyi və maşının necə reaksiya göstərdiyini izləməyi öyrənmək lazımdır. Bu baxımdan hər şey müvəfəqiyyətli keçdi”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*