N.Hülkenberq: “Start vacib olacaq”

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, Malayziyada doğru sazlanmaları tapmaq çətindir.

F-1.az xatırladır ki, almaniyalı sürücü Sinqapurda podiuma çıxmağa yaxın olsa da, mübarizəni vaxtından əvvəl dayandırmalı olmuşdu.

Niko Hülkenberq: “Malayziya fiziki cəhətdən çətin yarışlardan biridir. Yüksək temperaturla mübarizə aparmaq çətin olur. Çoxlu sürətli döngə var və bunlardan birində apeksə səhv daxil olsanız, çox vaxt itirirsiniz. Buna görə də həmişə diqqətli olmalısınız.

Burada hava da dəyişkəndir və hər şeyə hazırlıqlı olmalıyıq. Start çox vacib olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*