N.Hülkenberq: “Standart cümə idi”

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, Azərbaycanda standart bir cümə günü keçirdiblər.

F-1.az xatırladır ki, almaniyalı sürücü birinci sərbəst yürüşlərdə 1:46.749 zaman nəticəsi ilə 13-cü, ikinci sərbəst yürüşlərdə isə 1:44.091 zaman nəticəsi ilə 10-cu olub. Hülkenberq 1-ci sessiyada 11, 2-ci sessiyada isə 33 dövrə vura bilib.

Niko Hülkenberq: “Bizim üçün standart cümə idi. Birinci sərbəst yürüşlərdə təkərləri kilidlədim və buna görə yarım saniyə itirdim. Nahardan sonra isə nisbətən yaxşı idi. Artıq balansı tapıb bolidi doğru səviyyəyə gətirə bilirik. Şənbə günü daha güclü olmalıyıq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*