F-1.az xatırladır ki, sonuncu İtaliya Qran Prisi Hülkenberq üçün heç də yaxşı keçməyib.
Niko Hülkenberq: “Sinqapurdakı yarışa öyrəşmək asan olmadı. Amma illərdir burada yarışırıq və həzz alırıq. Hazırda təqvimdəki əsl gecə yarışına gedirik. Burada sürməyi xoşlayıram. Sinqapurda günəşi heç görmürük. Şam yeməyinə qədər yatırıq və hər gün eyni formada davam edir. Çox tədbirə də qoşulmuruq. Amma Sinqapur mükəmməl şəhərdir. Xal almaq üçün real şansımız var və orta qrupun ən sürətlisi olmağa çalışacağıq”.