N.Hülkenberq sevinclidir

Renault komandasının sürücüsü Niko Hülkenberq vətəni Almaniyada 5-ci olduğu üçün sevinclidir.

F-1.az xatırladır ki, almaniyalı sürücü Renault karyerasındakı ən yaxşı nəticəsini qazanıb. Yarış vaxtı yağış təkərlərinə keçən Niko təhlükəsizlik maşını rejimində quru təkərlərinə qayıdıb.

Niko Hülkenberq: “Aldığım nəticəyə görə xoşbəxtəm. Yarışın əvvəli həyəcanlı deyildi və yerimizi qorumağa çalışırdıq. Daha sonra yağışın yağması ilə hər şey qarışdı. Belə şəraitdə bolidi trasda saxlamaq asan deyildi. Amma bundan həzz aldım. Renault ilə qazandığım ən yaxşı nəticə idi. Hava şəraiti bir az da dəlisov olsaydı, xoşuma gələrdi. Yarış bitəndən sonra güclü yağış başladı. Amma əlimizdən heç nə gəlmir və xoşbəxtik. Çox işlədik və qarşılığını aldığımız üçün xoşbəxtəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*