F-1.az bildirir ki, almaniyalı sürücü İngiltərədə 2012-ci ildən bəri bütün yarışlardan xal ala bilib.
Niko Hülkenberq: “Silverstoun mənim sürüş stilimə uyğundur. Yüksək sürətli döngələr, yüksək asfaltayatma qüvvəsi və asfaltla ilişmə mənim üçün çox əlverişlidir. Son 5 ildə burada həmişə xal almışam və bu hal əhvalımı yüksəldir. Hazırda işlər qaydasındadır və Avstriyadakı problemləri kompensə etməliyik. Maggots, Becketts və Chapel döngələri mənə həzz verir. Müasir Formula1 bolidlərini son həddə sürmək üçün əla trasdır. Fiziki cəhətdən də güclü olmalıyıq, çünki yüklənmələr çox olur. Bu heç asan deyil. Çox tələbkar trasda yarışacağıq və ümid edirəm ki, gözəl xallar alarıq”.