N.Hülkenberq səhvini qəbul edib

Renault komandasının sürücüsü Niko Hülkenberq qəzada səhvinin olduğunu qəbul edib.

F-1.az xatırladır ki, almaniyalı sürücü Belçika yarışının startında Alonsoya arxadan çırpılıb və nəticədə havaya qalxan ispaniyalı sürücü Şarl Leklerə çırpılıb. Bu qəzaya görə Rikkardo da arxadan Rəykkönenə çırpılıb. Yekunda 5 sürücünün hamısı mübarizəni dayandırıb.

Niko Hülkenberq: “Boliddə problem yoxdur. Birinci dövrədə bolidlərin aerodinamikasının nə qədər həssas olduğunu gördük. Önümüzdə bir neçə bolid olanda nə asfaltla ilişmə qalır, nə də başqa bir şey. Əyləcə basanda ön təkərlər kilidləndi və Fernandoya çırpıldım. Deyəsən, əyləclərə gec basdım. Bu hamımız üçün əsəbpozucudur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*