N.Hülkenberq: Seçimimiz azdır

Haas komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, boliddə görüləcək çox şey olsa da, komandanın seçimləri məhduddur.

F-1.az xatırladır ki, almaniyalı sürücü sprint yarışına 12-ci yerdən başlasa da, startda 3 yer itirərək, 15-ci yerə geriləyib.

Niko Hülkenberq: “Təhlükəsizlik maşınından 3-4 dövrə sonra təkərlərim demək olar ki, yeyilib bitmişdi. Bu vəziyyəti təhlil etməliyəm. Hazırda mövzu ilə bağlı böyük sual işarəsi var. Asfaltla ilişmə demək olar yox idi. Belə trasda bu problem mənə çox mane oldu.

Görüləsi ev tapşırıqlarmız hələ çoxdur. Gazırda seçimlərimiz məhduddur. Bu günə fokuslanmışıq, amma tam olaraq nə etmək istədiyimizə qərar verməliyik.

Yeni sprint formatı mənim üçün böyük fərq yaratmadı. Əlimdəki təkərlərlə bir şey etmək mümkünsüz idi. Amma iki sıralanma turu yaxşıdır. Belə yerdə birsaatlıq sərbəst yürüşlərlə işləmək çox çətindir. Bu formatın faydaları var”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*