F-1.az xatırladır ki, ispaniyalı sürücü Ostində 7-ci olaraq komandasına vacib 6 xal qazandırmışdı.
Niko Hülkenberq: “Karlos çox qısa müddətdə komandaya uyğunlaşıb. Onun nə qədər sürətli olduğunu bilirik və komandaya çox kömək edəcək. Komandada iki güclü sürücünün olması əladır. Sözün açığı, Karlosun performansı məni narahat etmir. Mən də özümə güvənirəm və çox sürətli pilotam. Mühəndislər Kubokunda hədəflərimizə çatmağımız üçün hər iki sürücü də xal almalıdır. Ümid edirəm ki, son 3 yarışda ikimiz də gözəl xallar alarıq”.