F-1.az xatırladır ki, ispaniyalı sürücü ABŞ Qran Prisindən etibarən Colion Palmeri əvəz edəcək.
Niko Hülkenberq: “Karlosu paddokdan tanıyıram, amma əminəm ki, komandaya faydası çox olacaq. Gənc olmasına baxmayaraq çox sürətlidir və Toro Rosso-da etdikləri göz qabağındadır. Onun komandaya qoşulması bizə üstünlük qazandıracaq.
Mən öz işimi görməyə davam edəcəm. Təbii ki, əvvəl vaxtı Karlos üçün çətin olacaq, amma komandaya tez öyrəşəcək. İkimiz komandaya daha çox xal qazandıracağıq. Ümid edirəm ki, gələn il daha güclü olarıq”.