F-1.az xatırladır ki, almaniyalı sürücü artıq 3 yarışdır ki, Renault-nu sıralanma turunun son sessiyasına çıxara bilir.
Niko Hülkenberq: “Bolidin hazırkı paketi ilə bundan yaxşı nəticə qazana bilməzdik. Buna görə də sıralanma turu bizim üçün əla keçdi. Bizim üçün çətinliklər yarışda başlayacaq. İlk 3 yarışda gördüyünüz kimi yarış tempində sıralanmadakı kimi sürətli ola bilmirik. Əlimdən gələni edərək, burada gözəl xallar qazanmağa çalışacam. Orta qrupda hamı bir-birinə çox yaxındır və buna görə də səhv etməməliyik”.
Xatırladaq ki, Hülkenberq Rusiyada keçirilən 3 yarışın heç birində xal qazana bilməyib. Görəsən, almaniyalı sürücü bu dəfə qara tilsimi qıra biləcək.