N.Hülkenberq: “Rosberq gərək mənə təqaüdə çıxacağını deyərdi”

Renault komandasının yeni sürücüsü Niko Hülkenberq bildirib ki, Rosberq təqaüdə çıxdıqdan sonra Mercedes-ə keçə bilmədiyi üçün məyus deyil.

F-1.az xatırladır ki, Rosberq çempion olduqdan 5 gün sonra təqaüdə çıxmış, amma Hülkenberq Renault ilə müqavilə bağladığı üçün namizəd olmamışdı.

Niko Hülkenberq: “Mercedes Force İndia komandasını mühərriklə təmin edirdi və nə qədər güclü olduqlarından xəbərdaram. Niko gərək çempion olduqdan sonra təqaüdə çıxacağını mənə deyərdi. Zarafat edirəm. Verdiyim qərara görə xoşbəxtəm.

Həmişə istehsalçı komandada çıxış etmək istəmişəm və bu xəyalımı Renault-da reallaşdırıram. Buna görə də başqa şey fikirləşmirəm.

Əgər Ferrari və Mercedes üçün yarışmırsımızsa, bolidin performansı ilə sizin performansınız arasında çox münasibət qurulmur. Buna baxmayaraq, mən göstərdiyim performansa görə sevincliyəm və komandaya çox şey verə biləcəyimə inanıram.

Qazandığım pul barədə çox danışmağı sevmirəm. Mən əsl almanam. Aldığım pulu qəpiyinə qədər hesablayıram və peşman olmayacağım qədər xərcləyirəm. Hər alman kimi dəqiq, güvənli, intizamlı və qaydalara riayət edirəm. Yeganə fərqim odur ki, işim çox gözəgəlimlidir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*