F-1.az xatırladır ki, avstraliyalı sürücü 5 il yarışdığı Red Bull-dan şokedici qərarla ayrılaraq Renault komandasına keçib və gələn il almaniyalı sürücünün komanda yoldaşı olacaq.
Niko Hülkenberq: “Bu, müsbət haldır. Rikkardonun transferi Renault komandasının hədəflərinin ciddiyətini göstərir. Daniel mükəmməl sürücüdür və hər şey edə bilir. Bu mövsüm mübarizədən qaçmaq məcburiyyətim yoxdur, ancaq belə bir komanda yoldaşının olması həmişə yaxşıdır”.