N.Hülkenberq: “Renault yenilənməyəcək”

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, 2018-ci ildə sıfırdan yeni bolid gözləmir.

F-1.az xatırladır ki, Renault komandasının texniki direktoru Nik Çester gələn ilin bolidini sıfırdan yığdıqlarını demişdi.

Niko Hülkenberq: “Qaydaların çox az dəyişməsinə baxmayaraq, yeni bolidimiz olacaq. Bolidin aerodinamikası və balansı barədə çox şey öyrəndik. Təcrübələrimiz 2017-ci il bolidinin üzərindən oldu. Buna görə də gələn il daha güclü ola bilərik.

Bolidin tamamı yeni olmayacaq, çünki reqlament demək olar eynidir. Yeni konseptdir və hazırkı bolidin üzərində qururuq. Ümid edirəm ki, bu il yaşadığımız problemləri həll edərik. Məqsədimiz öndəki komandalarla fərqi azaltmaqdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*