N.Hülkenberq Renault-nun təklifini qəbul edib

Şayiələrə görə, təklifdə Nikonun qarşıdakı iki ili Renault-da yarışması nəzərdə tutulub.

F-1.az xatırladır ki, Renault və Hülkenberq arasında danışıqlar gedirdi və onların ilkin razılığa gəldikləri barədə xəbərlər gəzirdi. Son məlumatlara görə isə, Niko Renault-nun təklifini qəbul edib. Məlumata görə, Renault rəhbərliyi Nikonu növbəti iki mövsüm ərzində komandada görmək istəyir və sonra müqavilə daha bir il uzadıla bilər.

Tərəflər razılığa gəldikdən sonra Force İndia-nın bu keçidə əngəl olacağı gözlənilmir. Əgər bu transfer baş tutarsa, komandada daha bir sürücü yeri boş qalır və Bottasla danışıqlar aparıldığı bildirilir. Digər bir variant isə Esteban Okondur. Force İndia-da isə Hülkenberqin yerinə Mercedes-in yetirməsi və Manor-un sürücüsü Paskal Verlyaynın gələcəyi gözlənilir.

Rəsmi məlumatın sabah yayılması gözlənilir…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*