N.Hülkenberq Renault-nun təklifindən çəkinir

Niko Hülkenberq bildirib ki, komandasını çox sevir və 2017-ci ildə də Force İndia-da qalacaq.

F-1.az xatırladır ki, Renault 2017-ci il üçün sürücülərini hələ də seçməyib. Fransızların əvvəlki hədəfləri olan Stoffel Vandorn, Karlos Sayns və Serxio Peres komandaları ilə müqavilələrini uzadıblar.

Hazırda Renault-da çıxış edən Kevin Maqnussen isə komandanın qərar verməsi üçün bir neçə həftə gözləməyi qəbul edib. Vəziyyət belə olan halda fransızların Hülkenberqlə maraqlandığını anlamaq çətin deyil.

Hülkenberq gələn il Force İndia komandasında qalacaq. Amma almaniyalının komanda dəyişmək üçün şansı var.

Jurnalistlər Hülkenberqdən bu barədə soruşublar: “Bəli. Bu şayiələri eşitdim. Amma şayiə şayiədir, reallıq isə reallıqdır”.

Almaniyalı gələn il Force İndia-da qalacağını bildirib. Hülkenberq Renault kimi istehsalçının marağına baxmayaraq, Force İndia-nın potensialından razıdır.

Niko Hülkenberq: “Mükəmməl bir komandadır. 2013-cü ili çıxmaq şərtilə 2011-ci ildən bu komandadayam. Burada çoxlu yaxşı adamlar var. Onlarla işləməyi sevirəm. Atmosfer çox gözəldir. Biz istehsalçı deyilik. Şəxsi komandayıq. Eyni zamanda peşəkarıq. Bu komandanın bir parçası olmağı sevirəm. Hər il bir yerdə böyüdük. Özümüzü təkmilləşdirərək ən yaxşı komandaları izləyən komandalardan biri olduq. Bir yerdə çoxlu yol qət etdik”.

Komandalar çempionatındaki dördüncülüyün komanda üçün ən yaxşı yer olduğu barədə suala Hülkenberq belə cavab verib: “Bunu demək çətindir. Ən yüksək səviyyəyə çatmaq üçün büdcə və qaynaqlarda dəyişiklik edilməlidir. Bəzi sahələrdə dəyişikliklər və inkişaf lazımdır. Olsa da, olmasa da, bunu demək çətindir”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*