F-1.az xatırladır ki, Hülkenberq Renault komandası ilə müqavilə imzalayıb və gələn ildən etibarən Renault ilə yarışacaq. Hülkenberq komandanın yenidən zirvəyə qayıdacağına inanır.
Niko Hülkenberq: “Karyera baxımından düzgün qərar verdiyimə inanıram. Force İndia ilə uzun müddət yarışdım. Mənim 5-ci ilimdir və birlikdə bir çox uğurlarımız oldu. Yeni çağırışa ehtiyacım var. Formula1-də zavod komandası ilə yarışmaq istədim və bu, mənim üçün əla fürsət idi.
Komandanın hədəfi öndə olmaq və qələbə üçün mübarizə aparmaqdır. Yüksəlmək üçün qarşımızda uzun bir yolun olduğunu bilirəm. Lotus-u aldıqlarında komanda yaxşı vəziyyətdə deyildi. Bu səbəbdən yüksəlmək bir az vaxt tələb edir. Birlikdə uğur hekayəmizi yaza bilərik”.