F-1.az xatırladır ki, almaniyalı sürücü keçən mövsümün sonunda Force İndia-dan Renault komandasına transfer olunmuşdu. Xatırladaq ki, fransalılar keçən mövsüm mühəndislər çempionatında 9-cu olmuşdular.
Amma Renault yeni mövsümdə daha uğurlu nəticələr qazanmaq üçün əvvəlcə Hülkenberqi, sonra isə bir neçə mühəndisi transfer etmişdi.
Niko Hülkenberq: “Bəsit olmaq həmişə gözəldir. Bəzi komandaların resursları böyükdür, amma işlər istədikləri kimi getmir. Mühəndislik yönündə edilən səhvlər onları geriyə salır və maddi cəhətdən ziyana düşürlər. Force İndia-da isə hər şey bəsit, amma effektiv formada gedirdi. Buna görə də qısa müddətdə çoxlu uğur əldə etdik və güclü komandalardan biri olduq.
Hazırda Renault-da gərginlik yox, həyəcan var. Hamını yeni mövsüm və nələr edə biləcəyimiz maraqlandırır. Komandanın uzunmüddətli və qısamüddətli planları məni də cəsarətləndirir. Ümid edirəm ki, gözəl mövsüm keçirərik”.