F-1.az xatırladır ki, Renault 2016-cı ildə bərbad mövsüm keçirmiş və 9-cu yeri tutmuşdu. Fransızlar çempionatın ikinci yarısında sürətlənmiş və yaxşı performans göstərmişdilər.
Niko Hülkenberq: “Real danışsaq, gələn mövsüm də güclənmə prosesi davam edəcək. Bu il komanda çətin bir dövr yaşadı və bir il sonra güclü nəticələr gözləmək xəyalpərəstlik olar.
Bütün resursların 2017-ci il bolidinə yönləndirilməsi işlərimizi asanlaşdıracaq. Gələn il altılığa düşə bilərik. Amma davamlı xal almaq üçün əlimizdən gələni edəcəyik.
Bazada çox yaxşı və uğurlu adamlarla işləyirik. Bu da bizi ümidləndirir. Bolidi təkmilləşdirib, mövsümün ortasından etibarən podium mübarizəsi vermək istəyirik”.