F-1.az xatırladır ki, almaniyalı sürücü 2017-ci ildə İtaliya yarışınadək podiuma yüksələ bilməsə, üçlüyə girə bilmədən ən çox yarış keçirən sürücü statusunu Adrian Sutildən alacaq.
Niko Hülkenberq: “Renault keçmişdə nəyə qadir olduğunu göstərib. Mən də bunları düşünmüşəm. Bu mövsüm möcüzə gözləmirik. Məqsədimiz hər yarışdan xal almaqdır. Əsl məqsədimiz 2019-cu ildə çempionluq uğrunda mübarizə aparmaqdır.
Adım Mercedes-lə də hallandı. Amma onda Renault ilə müqavilə bağlamışdım. Burada uğur qazanmaq istəyirəm. İşimiz asan deyil, amma uğur qazanmaq üçün çox çalışacağıq”.