F-1.az xatırladır ki, Niko Hülkenberq Barcelonadakı qış testlərində Ferrari-nin test etdiyi halo sistemini tənqid etmişdi və sistemə “qorxunc” demişdi.
Red Bull komandası isə Rusiyaya fərqli bir sistem gətirib. Avstriyalıların dizayn etdiyi sistem Ferrari-nin halosundan çox fərqlənir.
Niko Hüklenberq Red Bull-un dizayn etdiyi sistemi bəyəndiyini bildirib: “Məncə, Red Bull-un sistemi halodan daha cəlbedici görünür. Cümə günü birinci sərbəst yürüşlərdə sistemin necə göründüyünü daha dəqiq görəcəyik.
Artıq bu qoruyucu sistemdən qaçmaq mümkün deyil və onunla mübarizə apara bilmərik. Bu detalları test etməliyik”.
Hülkenberq düşünür ki, bu sistem yağışlı havalarda heç bir problem yaratmayacaq: “Su damcıları sürətə görə şüşədən sürüşəcək.
Çox yağış yağsa, pit-stop vaxtı bir nəfər şüşəni silə bilər. Amma bu problem 2 pit-stop arasında yaransa, nə edəcəyimizi bilmirəm. Bu mövzuda müzakirələr tezliklə başlayacaq”.