F-1.az xatırladır ki, keçən il almaniyalı sürücünün adı Red Bull-la hallansa da, avstriyalılar sonda Aleksander Elbonu transfer etmişdilər. Beləliklə, Hülkenberq də özünə komanda tapa bilməmiş və idmandan ayrılmışdı.
Helmut Marko: “Düzdür, danışıqlar aparmışdıq, amma ilk addımı Hülkenberq atmışdı. O vaxt Elbonun necə performans göstərəcəyini bilmirdik. Buna görə Niko da namizədlər arasında idi. Ancaq Elbonun performansından sonra bizdə boş yer olmayacağı məlumlaşdı. Bu, qırılma anı ola bilərdi. Çünki indiyə kimi ancaq öz akademiyamızın sürücüləri ilə yarışmışıq. Bu, gənclərə də güvən verir. Çünki burada böyük fürsətlərin olduğunu bilirlər”.