F-1.az xatırladır ki, almaniyalı sürücü Kanadada yaxşı sıralnama turu keçirmiş və ikinci olmuşdu. Ancaq sessiya bitdikdən sonra Hülkenberq qayda pozuntusuna görə stüardlar tərəfindın çağırılıb. Yaılan sənədlərə görə 35 yaşlı sürücü yerli saatla 18:40-da stüardlarla görüşməyə gedəcək.
Qaydalara görə qırmızı bayraqdan sonra sürücülərin pitə qayıtması üçün minimum zaman həddi var və stüardlar düşünür ki, Hülkenberq pitə qayıdarkən sürət həddini aşıb. Bu araşdırmanın nəticəsinə görə almaniyalı sürücü startda 3 yer itirə bilər.