N.Hülkenberq: Qarşıda 3 aylıq gərgin iş var

Haas maşını ilə bir günlük sınaqdan sonra Niko Hülkenberq etiraf edib ki, Formula1-ə yaxşı hazırlaşmaq üçün bir neçə ay son dərəcə gərgin məşq dövründən keçməli olacaq.

F-1.az bildirir ki, Niko Əbu-Dabidəki testlərdə 10 dövrə vurduqdan sonra yarışlara verdiyi uzun fasilələrin nəticələrini hiss edib, çünki F1-in fiziki tələbləri həm çox yüksək, həm də spesifikdir.

Niko Hülkenberq: “Söhbət təkcə boyuna düşən təzyiqdən getmir – bədənin bütün əzələlərinə məşq lazımdır. Mənim üçün çətin idi, günün sonunda çox yorulduğumu hiss etdim, amma bu gözlənilən idi. Düzünü desəm, mən təsəvvürümdəkindən daha yaxşısını etdim və bu əladır. Amma indi məni üç aylıq çox gərgin məşq gözləyir.

Əslində hər şey qaydasındadır, çünki bu, belə maşınların sükanı arxasında nə qədər təzyiqə məruz qaldığımı xatırlatmaq oldu. Buna yarışla bağlı psixoloji təzyiqi də əlavə edin – tamamilə başqa hekayədir. Amma mənim müəyyən planım var və nə edəcəyimi bilirəm.

Mövsümün əvvəlindən güclü olmaq üçün təkmilləşdirilməli çox şey var. Söhbət təkcə dövrəvi nəticələrdən getmir – biz müəyyən etməliyik ki, hansı sahələrdə inkişaf edə bilərik, bunun sayəsində daha sürətli gedə bilərik. Sonra mühəndislərlə işləməliyik və uyğun həll yollarını axtarmalıyıq. Gələn il yeni bir maşını idarə etməliyəm, ona görə də hər şey bir qədər qarışacaq, amma nə etməli olduğumuz trasdə işə başlayanda aydın olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*