N.Hülkenberq qara bəxtini açmaq istəyir

Bəhreyndə ilk sərbəst yürüşlərdə öndəki 3 komandanın 5 sürücüsündən sonra 6-cı yeri tutan Renault komandasının sürücüsü Niko Hülkenberq bolidindən razıdır.

F-1.az xatırladır ki, Hülkenberq Saxir trasında cümə sərbəst yürüşlərində gözlənilmədən Felipe Massa və Maks Ferstappeni qabaqlayaraq 6-cı yeri tutub.

Niko Hülkenberq: “Cümə günü mənim üçün gözəl keçdi. Birinci sərbəst yürüşlərdə hava isti olduğu üçün çətinlik çəkdik, amma buradakı isti havaya artıq öyrəşmişik. Boliddə hər şeyi bir araya gətirəndə gözəl dövrələr vura bilirik və cümə günü də belə oldu. Eyni performansı şənbə günü də təkrarlayıb yaxşı nəticə qazanmaq istəyirik. İlk iki yarışdakı bəxtsizliyimizdən sonra burada gözəl xallar almaq istəyirəm. Ümid edirəm ki, hər şey yaxşı olar”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*