F-1.az xatırladır ki, almaniyalı sürücü yarışa 18-ci yerdən başlayıb və yarışın startında insidentlərə qarışdığı üçün 5 saniyə cəza alıb. Daha sonra isə pitdə cəzasını düzgün çəkmədiyi üçün əlavə olaraq yenə 10 saniyə zaman cəzası alıb. Yekunda isə yarışı 17-ci yerdə bitirib.
Niko Hülkenberq: “Həftəsonu mənim üçün çox yaxşı keçmədi, amma təkərlər və hava şəraitinə görə yarış əyləncəli keçdi. Bu dəyişikliklərlə mübarizə apardığım və çox yaxşı sürdüyüm üçün sevincliyəm. Önüm açıq olanda sürətim yaxşı idi, amma yarışın böyük hissəsində Monakoda həmişə olduğu kimi trafikə düşdüm.
Yaşadığımız problemlər Monakoya xas idi və buna görə də Barselonada daha yaxşı olacağımıza əminəm. Buna görə də həftəsonunu səbirsizliklə gözləyirəm”.