F-1.az xatırladır ki, almaniyalı sürücü 2020-ci ildə yarışmaq üçün özünə komanda tapa bilmıyib. 32 yaşlı sürücünün son şansı Alfa Romeo komandası olsa da, italyanlar sürücüləri olan Antonio Covinatsi ilə birillik müqavilə imzalayıblar.
Hazırda 1 yeri boş olan Williams komandası da gələn il üçün hazırda Formula2-də çıxış edən Nikolas Latifi ilə maraqlanır.
Niko Hülkenberq: “Peşman deyiləm. Əlbəttə, səhvlət etdim. Onlardan bəzilərinin qarşısını almaq istəyərdim. İndiki halda bəzi şeyləri daha fərqli edərdim. Lakin sonradan danışmaq həmişə asandır. Əldə etdiklərimə görə xoşbəxtəm. Özümü karyeramı bitirmiş kimi hiss etmirəm. Ola bilsin ki, peletonda olmayacağam, amma fürsətləri dəyərləndirəcəm”.