F-1.az xatırladır ki, almaniyalı sürücü keçən ilin son 3, bu ilin isə ilk 3 sıralanma turunda 7-ci yeri tutub.
Niko Hülkenberq: “Xoşbəxtəm, çünki yenidən 7-ci oldum. Deyəsən, ardıcıl 6-cı dəfədir. Bu gün ən yaxşı nəticəmizi əldə etdik. Sıralanma turundakı vəzifəmizin öhdəsindən gəldik və bu, müsbət haldır. Bu həftəsonu burada özümü yaxşı hiss edirdim. Bolidin tempi yaxşı görünür. Sabahkı yarış isə çətin olacaq. İlk pit-stopa tez gedəcəyik. Lakin tempimiz güclüdür. Buna görə yarış barədə müsbət düşünürəm”.