F-1.az xatırladır ki, Renault komandası hazırda Toro Rosso komandasından 6 xal geri qalır.
Niko Hülkenberq: “Bu il yaxşı inkişaf etdik. Komandada ilk mövsümüm idi və buraya asanlıqla uyğunlaşdım. İşləri bizim üçün asanlaşdırdılar. Hazırda bolid ilk yarışlara nisbətən yaxşı vəziyyətdədir və inkişafımız təsiredici idi. Heyif ki, əksər traslarda güclü olsaq da, problemlərə görə xalsız qaldıq. Bu problemlər olmasa, 5-ci idik. İndi bir yarışımız qalıb və buradan mümkün olan ən yaxşı nəticəni almağa çalışacağıq”.