N.Hülkenberq: “Özümü yaxşı hiss etmədim”

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, boliddə özünü rahat hiss etməyib.

F-1.az xatırladır ki, almaniyalı sürücü sıralanma turunda yalnız Williams komandasının sürücülərini qabaqlayaraq, 18-ci olub. Amma rəqiblərin cəzasına görə yarışa 16-cı yerdən başlayacaq.

Niko Hülkenberq: “Boliddə istədiyim kimi hiss etmirdim. Özüməinam yox idi. Divarların yaxın olduğu trasda işlər çətin olur. Bu həftəsonu özümü boliddə rahat hiss etmədim. Belə traslarda bunun cəzası ağır olur”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*