F-1.az xatırladır ki, almaniyalı sürücü üçillik fasilədən sonra Haas ilə idmana qayıdıb. O, Avstraliyada yeddinci olaraq, yeni komandasında ilk xallarını qazanıb.
Niko Hülkenberq: “Özümü yaxşı hiss edirəm. Almancada buna özümlə barışığam deyirlər. Burada əylənirəm. Deyəsən üçillik fasilə yaxşı gəldi. Sıfırlandım və zehnim təmizləndi. Baxış bucağım dəyişdi.
Ailəvi cəhətdən də dəyişikliklər oldu. Hər cəhətdən yaxşı vəziyyətdəyəm. Həzz alıram və əylənirəm. Mənim üçün hər şey qaydasındadır”.