F-1.az xatırladır ki, almaniyalı sürücü ABŞ-da ilk dəfə Karlos Saynsla komanda yoldaşı olacaq.
Niko Hülkenberq: “Ostin gözəl şəhərdir və burada olmağı sevirəm. Trasın da quruluşu əyləncəlidir. Çox sayda ötmə imkanı var və həzz almaq istəyirəm. Döngələr arxa-arxaya gəlir və birində səhv etsən, vaxt itkisi olur. Diqqətiniz dağılmamalıdır. Yaxşı balans tapanda işlər asanlaşır. Ümid edirəm ki, bizim üçün gözəl yarış olar. Sayns ilə ilk yarışımızda iki bolidlə də xal almaq istəyirik”.