N.Hülkenberq: Orta qrupda yarışmaq çətindir

Haas komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, orta qrupda mübarizə aparmaq daha çətindir.

F-1.az xatırladır ki, almaniyalı sürücü üçillik fasilədən sonra yenidən Haas komandası ilə yenidən idmana qayıdıb.

Niko Hülkenberq: “Uğurlarım pis deyil. Əks halda üç ildən sonra məni bura qaytarmazdılar. Bu mənim peşəmdir və uşaqlıqdan bunu sevirəm. Son üç ildə yarışa qarşı aclığım dah da artıb.

Orta qrupda yarışmaq çətindir. Burada səhvlər bağışlanmazdır. Məncə, ön qrupda yarışmaqdan daha çətindir. Çünki ön qrupda yarışanda səhv etsəniz və ya pis pit-stop keçirsəniz belə, bolidin sürəti ilə bunu kompensə edə bilirsiniz. Orta qrupda isə elə deyil. Səhv etsəniz ya da pitə gec getsəniz, itkini kompensə etmək olmur”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*