N.Hülkenberq: “Ön qrupla arada qorxunc fərq var”

Renault komandasının sürücüsü Niko Hülkenberq bildirib ki, Mercedes, Ferrari, Red Bull komandaları orta qrupdakı komandalardan çox qabaqdadır.

F-1.az xatırladır ki, 2017-ci ildəki qaydalardan sonra Mercedes və Ferrari rəqibləri ilə fərqi çox artırıb.

Niko Hülkenberq: “Aradakı fərq qorxuncdur. Ferrari, Mercedes və hətta Red Bull-la aramızda böyük fərq var. Red Bull da Williams-dan yarım gün üstündür. Bunu gözləmirdik. Lakin Ferrari və Mercedes xüsusi sürətə sahibdirlər.

Hazırda şassi və aerodinamikanın çox təsiredici olduğunu düşünürəm. Rəqəmlər barədə nəsə deyə bilmərəm. Məncə, 70-80 faiz şassidən asılıdır.

Bolidimiz hazırda düşündüyüm yerdədir. Xal uğrunda mübarizədə şansa ehtiyacımız var və əla işlər görməliyik. Bütün qərarlarımız doğru olmalıdır, əks halda xalsız qalarıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*