F-1.az xatırladır ki, almaniyalı sürücü sıralanma turunda 8-ci olub.
Niko Hülkenberq: “Bizim üçün yaxşı sıralanma turu oldu. Hər şey istədiyimiz kimi, problemsiz keçdi və ən yaxşı dövrəni vurduq. Bütün dövrələrimiz yaxşı idi. Boliddə balans var idi və yarışa ümidlə başlayacam. Çünki bolidimiz güclüdür. Yarışda daha sıx mübarizə gözləyirəm, ancaq əlimizdən gələnin ən yaxşısını edəcəyik”.