N.Hülkenberq nə olduğunu anlamayıb

Renault komandsının sürücüsü Niko Hülkenberq nə olduğunu anlamayıb.

F-1.az xatırladır ki, almaniyalı sürücü Bəhreyn yarışının son dövrələrində mühərrik problemi yaşayaraq mübarizəni dayandırmışdı. Qeyd edək ki, 32 yaşlı sürücü yarışa 17-ci yerdən başlasa da, 6-cı yerə qədər yüksələ bilmişdi.

Niko Hülkenberq: “Birdən maşın dayandı. Mühərriklə əlaqəli olduğunu düşündüm. O anda əmin olmaq mümkünsüzdür. Mənim üçün çətin idi. 17-ci yerdən başlayıb 6-cı bitirmək gözəl olardı. Əyləncəli yarış idi. Mübarizə apardım və ötmələr etdim. Amma finişə çata bilmədim. Rəqabətədavamlı idik. Hamı ilə mübarizə apara bildik. Amma görüləsi işlər çoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*