N.Hülkenberq mühərrik şöbəsini günahkar saymır

Renault komandasının sürücüsü Niko Hülkenberq Bəhreyndəki problemə görə mühərrik şöbəsini tənqid etmək istəmir.

F-1.az xatırladır ki, almaniyalı sürücü Bəhreyndə mühərrik, komanda yoldaşı Rikkardo isə MGU-K probleminə görə mübarizəni dayandırıb.

Niko Hülkenberq: “Sadəcə mənim üçün yox, hamı üçün qəbul etmək çətindir. Burada Formula1-in komanda oyunu olduğunu anlayırsan. Viridəki motorçular da əllərindən gələni edirlər. Onları günahkar saymaq doğru deyil. Bir yerdə işləməliyik. Bu problemləri daha əvvəl də yaşamışdım. Bunları həll etmək lazımdır.

Orta qrup komandasıyıq. Bəzən Haas bizdən sürətli olur. Komandalar bir-birinə çox yaxındırlar. Bəzi traslarda sıralanma dəyişə bilər. McLaren də bizdən çox geri qalmır. Alfa da bizə yaxındır. Hazırda vəziyyətimiz yaxşıdır. Amma inkişafa davam etməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*