F-1.az xatırladır ki, almaniyalı sürücü sıralanma turunun ikinci sessiyasında yaxşı nəticə göstərsə də, son sessiyada gücü 10-culuğa çatıb.
Niko Hülkenberq: “Üçüncü sessiya ikincisi qədər problemsiz ötüşmədi. Belə hallar yaşana bilər. Bunun səbəbini anlamalıyıq. Bəlkə külək artdı, buludlar çoxaldı və hava temperaturu nəticəmə təsir etdi, amma xeyrimizə olmadı.
İkinci sessiyadakı dövrəm çox gözəl idi. Bu gün Williams-ı qabaqlayaraq, 8-ci yeri tutsaydıq, gözəl olardı. Sabah bunu etməliyik”.