N.Hülkenberq məyusdur

F-1.az xatırladır ki, Braziliya Qran Prisində ön yerlərdə mübarizə aparan Niko təkəri deşildiyinə görə məcburi pit-stop etmiş və gerilərə düşmüşdü.

Niko Hülkenberq: “Gərgin yarış idi. Sevinməliyəm və ya məyus olmalıyam – bilmirəm. Çünki podiuma çıxmaq şansını hər ikimiz əldən verdik. Yarışda bir neçə təhlükəli vəziyyət oldu. Xüsusilə də Rəykkönenin qəzasını qeyd etməliyəm – düz qarşımda baş verdi və toqquşa bilərdik.

Sürücülərdən birinin maşınından qopan hissə mənim maşınımı zədələdi. Lakin mən yarışa davam edə bildim. Təəssüf ki, sonra təkərim deşildi və mən gerilərə düşdüm. Kim bilir, təkər deşilməsəydi, mən finiş xəttini neçənci keçərdim… Bununla belə özümlə və komandamla fəxr edirəm. Biz yaxşı işlədik, sadəcə bəxtimiz gətirmədi”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*