F-1.az xatırladır ki, mətbuatda çıxan xəbərlərə görə, Rosberq istefa vetdikdən sonra Hülkenberq Renault ilə olan müqaviləsini pozmaq istəyib. Amma almaniyalı sürücü bu xəbərləri təkzib edib: “Renault komandasını gözlətmək doğru olmazdı. Bütün il məni gözləyəcək deyildilər. Onsuz da Renault ilə müqavilə bağlayanda Niko hələ də Mercedes-də yarışırdı. Buna görə də xəbərlərdə yazılanlar doğru deyil. Hazırda burada çox xoşbəxtəm. Renault yeni layihəsində məni görmək istədi və buna görə sevincliyəm. Yeni mövsümdəki hədəfimiz yarış qazanmaq yox, stabil xal almaqdır. 2018-ci ildən etibarən hədəflərimiz artacaq”.
N.Hülkenberq: “Mercedes-ə keçmək fikrim olmayıb”
Renault komandasının sürücüsü Hülkenberq bildirib ki, Mercedes-ə transfer olmaq şansı olsa da, Renault-ya gəldiyi üçün peşman deyil.