N.Hülkenberq Mercedes-ə keçəcək?

Mercedes Motorsport-un rəhbəri Toto Volff ehtiyat sürücü vakansiyasına Niko Hülkenberqi gətirmək istəyir.

F-1.az xatırladır ki, “gümüşü oxlar” ikinci gün ehtiyat sürücüsü kimi komandaya Stoffel Vandorn və Nik de Vrizi gətirdiklərini açıqlamışdılar. Lakin son 7 ilin çempionunlarının gözləri doymaq bilmir.

Toto Volff: “O, çox güclüdür və nəyə qadir olduğunu bilirik. Güclü komandalarda yarışa bilməyən istedadlı sürücülərdəndir. Onu komandada görmək maraqlı zolardı. Buna qarşı deyilik”.

Qeyd edək ki, əgər tərəflər razılaşsalar, Almaniya təmsilşisi ehtiyat sürücülərini Mercedes motorlu digər komandalara təklif edəcəyi üçün Hülkenberq məcburi hallarda McLaren və ya Aston Martin-də çıxış edə bilər.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*