F-1.az xatırladır ki, iki sürücünün münasibətləri 2017-ci ilin Macarlstan yarışından sonra son həddə çatmışdı. Lakin Okonun gələn il Renault-ye keçməsi ilə Hülkenberq işsiz qalacaq. Əksəriyyət isə almaniyalı sürücünün Haas-a gedəcəyini düşünür.
Niko Hülkenberq: “Bunu görmək istəyərdim. Komanda yoldaşınızı qəbul etməlisiniz. Bəziləri ilə yola gedərsiniz, bəziləri ilə yox. Bu, mənimçün elə də vacib deyil. 2017-ci ildəki hadisə yarış insidenti idi. Problem yoxdur. Bir az zarafat anlayışınız olsun”.